Vladimir Jirinovski Rusiyada Kommunist partiyasının qapadılmasını tələb edib
Rusiyanın radikal millətçi lideri Vladimir Jirinovski federal hakimiyyəti Kommunist partiyasını qapatmağa, Gennadi Züqanovun rəhbərlik etdiyi təşkilatı dövlət əleyhinə çalışan birliklərin siyahısına salmağa çağırıb.
Vladimir Jirinovskinin fikrincə, hazırkı hökuməti devirmək hədəfini güdən və ayrı bir cəmiyyət qurmağı planlaşdıran bütün partiyalar həmin siyahıya daxil edilməlidir. Buna nümunə olaraq o, Kommunist partiyasını, “Ədalətli Rusiya” partiyasını, “Sol cəbhə”ni, habelə müxalif lider Aleksey Navalnının rəhbərlik etdiyi “Korrupsiya ilə mübarizə fondu”nu göstərib.
Rusiya televiziyasında bir proqramda danışan radikal siyasətçi kommunistlərin onun rəhbərlik etdiyi Liberal-demokrat fəaliyyəti ilə bağlı fikirlərindən hiddətləndiyini ifadə edib: “Burjua-kriminal hakimiyyəti...
Biz hamımız sizinlə burjuaziyayıq və hamımız kriminalıq. Bu, nə deməkdir? Heç çar dövründə, hətta Sovet hakimiyyətində belə şey olmayıb”,-deyə o bildirib.
Xatırladaq ki, bu ilin aprel ayında Vladimir Jirinovski Vladimir Leninin 150 illiyi münasibətilə Qırmızı meydanda aksiya keçirmək istəyən bütün kommunistlərin həbs olunmasını istəmişdi.
Şəffaflıq.az
Facebook-da paylaş