Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub
Almaniyada Aşağı Saksoniya federal torpağının Vilhelmshafen şəhər polisi ölkənin Qırmızı Xaç cəmiyyətinin əməkdaşı olan tibb bacısına qarşı cinayət işi qaldırıb.
Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, yerli vaksinasiya mərkəzində çalışdığı zaman koronavirusa qarşı “BioNTech” peyvəndini fiziki məhlulla dəyişdirib.
Hadisə aprelin 21-də baş verib. Bildirilib ki, tibb bacısı 6 ədəd şprisi dəyişdirib.
Hazırda peyvənd əvəzinə fiziki məhlul vurulan şəxslərin səhhətinin normal olduğu bildirilir.
Xəbəri paylaş
Facebook-da paylaş