Əsas Səhifə > Dünya / Maraqlı > Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub

Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub


26-04-2021, 07:37

 

Almaniyada Aşağı Saksoniya federal torpağının Vilhelmshafen şəhər polisi ölkənin Qırmızı Xaç cəmiyyətinin əməkdaşı olan tibb bacısına qarşı cinayət işi qaldırıb.

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, yerli vaksinasiya mərkəzində çalışdığı zaman koronavirusa qarşı “BioNTech” peyvəndini fiziki məhlulla dəyişdirib.

Hadisə aprelin 21-də baş verib. Bildirilib ki, tibb bacısı 6 ədəd şprisi dəyişdirib.

Hazırda peyvənd əvəzinə fiziki məhlul vurulan şəxslərin səhhətinin normal olduğu bildirilir.

Geri qayıt