Dünyada 86,4 milyondan çox insana COVID-19 peyvəndi vurulub

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 60 ölkədə ümumilikdə 86,4 milyondan çox insana peyvənd vurulub.


Şəffaflıq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 4,19 milyon nəfərə vaksin vurulur.

Qeyd olunub ki, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 27,3 milyondan çox insana peyvənd vurulub. Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 23 milyon, Avropa İttifaqında 10,9 milyon, Böyük Britaniyada 7,9 milyon nəfərə peyvənd vurulub.

Əhalinin vaksinasiyasının ən sürətli aparıldığı ölkə isə İsraildir. Bu ölkədə artıq 4,3 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 48,03%-ni təşkil edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}