Çexiyanın ruspərəst prezidenti öz ölkəsinin kəşfiyyatına inanmır


 

Mariya Zaxarova isə onun rəhbərlik etdiyi dövləti “çəyirtkə” adlandırır

Çexiya prezidenti Miloş Zeman son günlərdə Rusiya və rəsmi Praqa arasında qalmaqal yaşanmasına səbəb olan “Vrbetitse işi” barədə danışıb.

Xatırladaq ki, Çexiya kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ilin oktyabrında Vrbetitse qəsəbəsində bir silah anbarını partlatmaqda suçlayır.

Lakin Kremlin hər hərəkətinə haqq qazandırmaqla tanınan Çexiya prezidenti, deyəsən, öz ölkəsinin kəşfiyyatına da inanmır.

Onun sözlərinə görə, 2 vətəndaşın ölümü ilə nəticələnən həmin insidentin əsl səbəbi hələ bilinmir. Miloş Zeman partlayışın sursatlarla ehtiyatsız davranışın nəticəsində də törəyə biləcəyi ehtimalını dilə gətirib.

Çexiya prezidenti son 6 il ərzində milli kəşfiyyatın bu məsələdə rusları günahlandırmadığına diqqət çəkib. Dövlət başçısı buna görə də xüsusi xidmət orqanlarından daha çox həmin işlə bağlı məşğul olan polis və prokurorluğa inandığını söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da Çexiyanın bu işdə rəsmi Moskvanı günahlandırmaq üçün əlində heç bir əsasının olmadığını bildirib.

Bundan başqa, Rusiya rəsmisi Çexiya hakimiyyətinin Böyük Britaniya, Estoniya, Latviya və Litvaya mənnətdarlıq etməsinə də diqqət çəkib və adı çəkilən dövlətləri təhqir edib.

O, bununla bağlı məşhur çex yazıçısı Karel Çapekin sözlərindən iqtibas gətirərək bu cümlələri işlədib: “Çəyirtkə sürü halında bir bəladır. Lakin təkbaşına onun heç bir qorxusu yoxdur. Eyni sözləri....qalanını özünüz fikirləşin...”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}