Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır

 

Çexiya Rusiya Federasiyası səfirliyinin yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya kəşfiyyatının zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.


Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin birinci müavini, həmçinin xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Yan Qamaçek təcili mətbuat konfransında bildirib.

"Çex Respublikasının Xarici İşlər Naziri olaraq, xüsusi xidmət orqanlarımız tərəfindən Rusiyanın Praqadakı səfirliyinin həmin ölkənin Xarici Kəşfiyyat İdarəsinin və Baş Kəşfiyyat İdarəsinin zabiti kimi müəyyənləşdirilən bütün əməkdaşlarını ölkədən kənarlaşdırmağa xaric etməyə qərar verdim.

Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çex Respublikasını tərk etməlidir", - deyib.

Çexiyanın baş naziri iddia edib ki, Rusiya kəşfiyyatçıları 2014-cü ildə döyüş sursatı anbarında baş vermiş partlayışla əlaqəli ola bilərlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}