Avropa Super Liqasının fəaliyyəti dayandırıldı

 

Avropa Super Liqasının mətbuat xidməti rəsmi olaraq layihənin dayandırıldığını açıqlayıb.


Şəffaflıq.az bildirir ki, bu barədə jurnalist Rob Harris “Twitter” hesabında yazıb.

Mətbuat xidmətinin dərc etdiyi bəyanatda Avropa futbolunun islahatlara ehtiyacı olduğu vurğulanır. Sözügedən qərarın xüsusən İngiltərə klublarının layihədən ayrılması ilə bağlı qəbul edildiyi, yenidən formalaşdırılma ilə bağlı tədbirlərin görüləcəyi və layihədən ümumilikdə imtina edilmədiyi bildirilir.

Virtualaz.org xatırladır ki, aprelin 19-da “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdıqlarını açıqlasalar da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib. Daha sonra İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" komandaları Super Liqadan çıxdıqlarını elan ediblər. “Sky Sport” idman telekanalının məlumatına görə, tezliklə İtaliyanın "Milan" və "İnter" komandaları da Super Liqanı tərk edəcəklər.

Bu arada UEFA prezidenti Aleksander Çeferin İngiltərə klublarının Superliqanı tərk etməsinə münasibət bildirib.

A.Çeferin deyib: “Onlar təkcə bizim turnirlərə deyil, bütün Avropa futboluna çox şey təklif edəcək gücdədir. Əsas odur ki, biz irəli hərəkət edirik, yenidən birlikdəyik və birgə irəliləyirik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}