UEFA ilə klublar arasında qalmaqal
12 nəhəng klub Avropa Super Liqasına qatılmaq üçün rəsmi addım atmağa hazırlaşır.
Şəffaflıq.az xəbər verir ki, söhbət İspaniya, İngiltərə və İtaliya klublarından gedir.
İlkin mərhələdə bu turnirdə “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları mübarizə aparmağa qərar verib. Fransa və Almaniya klubları isə hələlik, sözügedən turnirə qatılmağa tələsmir.
Qeyd edək ki, xeyli müddətdir bu turnirlə əlaqədar UEFA ilə Avropa Klublar Birliyi arasında müzakirələr aparılsa da, razılıq əldə olunmurdu.
Avropa nəhəngləri 2022-ci ildən etibarən bu yarışın təşkilinə hazırlaşırlar. UEFA isə belə bir turnririn yaradılmasına qarşıdır. Artıq qitə futbol qurumu, eləcə də İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqası təcili bəyanat yayıb.
Sözügedən qurumlar Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq.
Facebook-da paylaş