Şamaxıda ilk dəfə çörəkotu bitkisinin əkininə başlanılıb.-FOTO

Belə ki, xaricdə yaşayan həmvətənimiz Ariz Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin sosial media hesabına yazaraq bu sahəyə maraq göstərdiyini və əkin üçün lazım olacaq dəstəyini ifadə edib. Müvafiq məsələlər üzrə Nazirliyin tabeli qurumu olan “Aqroservis” ASC tərəfindən dərhal təklifə operativ reaksiya verilib.  

Şəffaflıq.az xəbər verir ki, “Aqroservis” ASC bu sahənin inkişafına dəstək həmçinin digər fermerlərimizin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün artıq bir sıra addımlar atıb. 
Belə ki, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, becərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcəkdir. Bitkinin sağlam inkişafı üçün bu sahədən irəli gələcək digər məsələlərin həlli istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Cəmiyyət tərəfindən çörəkotu bitkisinin əkilməsi üçün lazım olacaq aqro texniki işlər normativlərə uyğun formada hazırlanmışdır. Şamaxı rayonunun Böyük Xınıslı kəndində torpağın əkinə yararlı olub-olmadığı müəyyən etmək üçün kompleks təhlillər aparılaraq, 1 hektar ərazidə çörəkotu bitkisi əkilib. Çörəkotu qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC ilə  Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə alim aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqro texniki məsəllələrin həlli istiqamətində müvafiq işlər görüb. Düzgün becərilmənin həlli istiqamətində ilk dəfə olaraq mədəni formada becəriləcək sahədə sınaq təcrübəsi də aparılacaq. 
Ümumiyyətlə, görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək,  iqtisadi cəhətdən çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək həmçinin bu bitkinin  əvvəlki şöhrətini yenidən qaytarmaqdır.
Qeyd edək ki, mütəxəsislərin apardıqları araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır. Bu bitkinin yüksək təzyiqi normaya salmaq kimi bir funksiyası var. Yüksək təzyiqdən əziyyət çəkən insanlar müəyyən miqdarında çörək otu qəbul etdikdə təzyiqin düşməsinə kömək edir. Alimlər tərəfindən aparılan digər araşdırmalarda isə bu bitkinin yağının astmaya çox faydalı olduğu sübut edilib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}