Belorusiya prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gəlir


 

Şəffaflıq.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə yol düşüb.

İkigünlük səfər zamanı Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyev arasında iki görüş olacaq. Bu görüşlərdən biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra keçiriləcək. Dövlət başçıları qeyri-rəsmi görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

Danışıqların rəsmi hissəsinin aprelin 14-də keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə keçiriləcək. Əsas diqqət qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Onlar həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq mövzularına da toxunacaqlar.

Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}