Putin və Lukaşenko Moskvada görüşəcəklər

 

Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Şəffaflıq.az xəbər verir ki, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər.

Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}