Əfqanıstanda terror - Ölənlər var
Əfqanıstanın cənubundakı Həlmand vilayətində təşkil olunan bombalı hücum zamanı beş nəfər ölüb.
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu vilayətin valisi Ömər Zuvak mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Həlmandın Ləşkərgah şəhərində yol kənarında quraşdırılan bomba mülki şəxsləri daşıyan maşın bölgədən keçərkən partladılıb.
Hücumda Taliban təqsirli bilinir. Ancaq hələlik terror aktını heç bir qruplaşma üzərinə götürməyib.
Xəbəri paylaş
Facebook-da paylaş