ABŞ Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı - Bəyanat

 

ABŞ Dövlət Katibi Entoni Blinken insan haqları üzrə vəkil Şəhla Hümbətovanın Beynəlxalq Qadınlar Günü ərəfəsində vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərarla bağlı bəyanat yayıb.

Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Blinken məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırıb.

Xatırladaq ki, Bakı İnzibati Məhkəməsi kollegiyanın qərarını qüvvədə saxlayaraq martın 5-də Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini təsdiqləyib.

Qeyd edək ki, Ş.Hümbətovanın vəkillikdən çıxarılmasına səbəb bir vətəndaşın şikayəti və Vəkillər Kollegiyasına üzvlük haqqını ödəməməsi olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}