Əsas Səhifə > SİYASƏT / Dünya > ABŞ Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı - Bəyanat
ABŞ Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı - Bəyanat27-03-2021, 10:15 |
ABŞ Dövlət Katibi Entoni Blinken insan haqları üzrə vəkil Şəhla Hümbətovanın Beynəlxalq Qadınlar Günü ərəfəsində vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərarla bağlı bəyanat yayıb. Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Blinken məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırıb. Xatırladaq ki, Bakı İnzibati Məhkəməsi kollegiyanın qərarını qüvvədə saxlayaraq martın 5-də Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini təsdiqləyib. Qeyd edək ki, Ş.Hümbətovanın vəkillikdən çıxarılmasına səbəb bir vətəndaşın şikayəti və Vəkillər Kollegiyasına üzvlük haqqını ödəməməsi olub. Geri qayıt |