Fransalı politoloq: "Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurmuş olur"


 

"Minaların yerini deməkdən imtina etməklə Ermənistan öz maraqlarına ziyan vurur".

Şəffaflıq.az xəbər verir ki, bunu öz açıqlamasında fransalı tarixçi, politoloq Maksim Qoən (Maxime Gauin) bildirib.

O deyib ki, Ermənistan Azərbaycana qarşı istifadə edə bilməsi üçün minalara dair, habelə bir sıra digər silahlara dair konvensiyaları ratifikasiya etməkdən imtina edib:

"Azərbaycanlıların həyatını təhlükə altına atmaq Ermənistan hökumətini 1991-ci ildən etibarən heç vaxt qorxutmayıb. Ermənistan nəinki minalara dair, hətta digər silahların istifadəsini qadağan edən konvensiyalara imza atmaqdan imtina edib. Buna səbəb də həmin silahlardan Azərbaycana qarşı istifadə etməsi olub. Bu məsələdə Ermənistanın ümumi mövqeyi hər zaman bundan ibarət olub".

Politoloq qeyd edib ki, Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurmuş olur:

"Ermənistan müharibədə Azərbaycana uduzduqdan sonra Nikol Paşinyan reallığı nəhayət ki, anlamağa başlayıb. Lakin təəssüflər olsun ki, Ermənistanın bir sıra hökumət və müxalifət nümayəndələri reallığı hələ də başa düşməyiblər. Mülki insanlara qarşı minalar kimi qadağan olunmuş üsullardan qəsdən istifadə edilməsi beynəlxalq hüquqa ziddir. Lakin beynəlxalq hüquq qanunlarından da əlavə böyük hərbi-texniki üstünlüyə malik olan ordusunun gücünə torpaqlarını azad edən qonşusuna minaların yerini deməkdən imtina etməsi Ermənistanın maraqlarına ziddir. Beləliklə, o, bu yolla Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymaq perspektivlərini yubatmış və təxirə salmış olur. Bu münasibətlər isə öz növbəsində Ermənistanın qurtuluşu və xilası üçün böyük önəm daşıyır".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}