İsmayıllıda Rayon Ağsaqqallar Şurasının iclası keçirili.-FOTO

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Valeh Salehov İsmayıllı  Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

 Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Qeyd edib ki, rayona rəhbər təyin olunduğum gündən mən ilk görüşümü rayonun ağasaqqalları ilə keçirmişəm və onların xeyir duasını almışam. İsmayıllı ağsaqqallarının istər vətən müharibəsində, istərsədə pandemiya dövründə hər zaman rayonun əhalisinə mənəvi dəstəkləri barədə rayonun rəhbəri xüsusi vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Rayonun Ağsaqqalları adından ölkə rəhbəri İlham Əliyevə müraciət oxunub və yekdilliklə qəbul olunub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

Dəyanət İsmayılov.
İsmayıllı rayonu

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}