Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda Rayon Ağsaqqallar Şurasının iclası keçirili.-FOTO
İsmayıllıda Rayon Ağsaqqallar Şurasının iclası keçirili.-FOTO17-03-2021, 18:58 |
![]() Şəffaflıq.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. ![]() ![]() ![]() Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Valeh Salehov İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Qeyd edib ki, rayona rəhbər təyin olunduğum gündən mən ilk görüşümü rayonun ağasaqqalları ilə keçirmişəm və onların xeyir duasını almışam. İsmayıllı ağsaqqallarının istər vətən müharibəsində, istərsədə pandemiya dövründə hər zaman rayonun əhalisinə mənəvi dəstəkləri barədə rayonun rəhbəri xüsusi vurğulayıb. ![]() ![]() Rayonun Ağsaqqalları adından ölkə rəhbəri İlham Əliyevə müraciət oxunub və yekdilliklə qəbul olunub. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib. ![]() Dəyanət İsmayılov. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |