İran yeni raket bazasını nümayiş etdirib

 

İranda yeni raket bazasının rəsmi açılış mərasimi keçirilib.

Ölkənin dövlət televiziyasında İslam İnqilabı Keşikçiləri Korpusunun təşəbbüsü ilə inşa edilən hərbi obyektin görüntüləri yayımlanıb.

Açılış mərasiminə Korpusun komandanı Hüseyn Səlami, Korpusun dəniz qüvvələri komandanı Əlirza Təngsiri və digər yüksək rütbəli hərbçilər qatılıb.
 
Yeri açıqlanmayan yeni bazanın ən son roket sistemlərilə təchiz olunduğu bildirilib. Bu sistemlərdə roketin buraxılışından sonra hədəfin dəyişdirilməsinin mümkün olduğu vurğulanıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}