Britaniyada Əsma Əsədə qarşı istintaq başlayıb
Böyük Britaniya polisi “Guernica 37” vəkil kollegiyasının müraciəti əsasında Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə qarşı ilkin istintaqa başlayıb.
Şəffaflıq.az məlumat verir ki, Ə. Əsəd Suriyada vətəndaş müharibəsində Suriya Ordusuna açıq dəstək verməkdə, terror aktlarının törədilməsini təhrik etməkdə şübhəli sayılır.
Ə. Əsəd haqqında İnterpol xətti ilə axtarış elan oluna, Böyk Britaniya vətəndaşlığından çıxarıla bilər.
Qeyd edək ki, Ə. Əsəd Suriya əsilli Britaniya vətəndaşıdır, B. Əsədlə ailə qurana, yəni 2000-ci ilə qədər əsasən Londonda yaşayıb bankda çalışıb. Ə. Əsəd hələ də Britaniya vətəndaşıdır.
Xəbəri paylaş
Facebook-da paylaş