Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxub
Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd koronavirusa yoluxub.
Şəffaflıq.az bildirir ki, bu barədə Suriya liderinin ofisindən məlumat yayılıb.
Bəşər Əsəd və həyat yoldaşı yüngül simptomlar hiss etdikdən sonra onlardan test üçün nümunələr götürülüb. Testin nəticəsi müsbət olub. Dövlət başçısı və həyat yoldaşının vəziyyətinin stabil olduğu, özlərini yaxşı hiss etdikləri, məsafədən fəaliyyətlərinə davam etdikləri bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş