Nərimanov icra hakimiyyəti müavininin oğlu keyf çəkir- şəhid ailəsi səfalət içində
Nərimanov rayonun başbəlası olan Abdin Fərzəliyev, vəzifə xidmətinə görə fərsizəliyev desək, yanılmarıq, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Nə gözəl!
Nərimanovun aprel döyüşlərində yeganə şəhidi olan Mahir Sabir oğlu Mirzəyev isə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Eşq olsun ona!
Nərimanovun ikinci başbəlası Şahmar İbadov isə vətənə xidmətlərinə görə yox, oğlu Elmir İbadovun lüks maşını ilə adam öldürməsi “fədakarlığına” görə həbsdən qurtulmaqla “təltif edilib”. Nə pakizə məmləkət!
Azerbaycanrealligi.com Reportyor.info saytna isitnadən xəbər verir ki, birinci və üçüncü şəxslər Nərimanovu cənginə alaraq öz bildiyi kimi idarə edənlərdir.
Ordenli A.Fərzəliyev icra başçısı, ”qəhrəman” oğlu erməni öldürən, yox e, harınlıqdan bir kasıbın həyatına son qoyan Ş.İbadov isə onun 1-ci müavinidir.
u iki “vətənpərvər” məmurun ortasında qalan əsl azərbaycanlı, əsl igid, əsl xalqsevər aprel şəhidimiz Mahir Mirzəyev isə bilsəydi ki, aprel döyüşlərində düşmənlə üz-üzə qalanda Ş.İbadovun oğlu bahalı maşınla qudurğanlıq edir, A.Fərzəliyev Nərimanovda torpağın birini satıb, o birini ölçməklə məşğuldur, o zaman tfu deyərdi – vətənə yox, onların əməllərinə…
Və indi nakam cavanlığını torpağa tapşıran, Nərimanovun yeganə aprel şəhidi olan M.Mirzəyevin atası və anasına bu torpağın üstündə bir qarış yeri də çox görürlər.
Vətənə xidmət ordeni alan A.Fərzəliyev M.Mirzəyev torpaq uğrunda döyüşərkən Nərimanov rayonunda torpağın qarışını 10 min manatdan satdığı halda şəhidin ailəsini komada yaşamağa məhkum edib.
Baxma da, əsas onun müavini Şahmar İbadovun oğlu Elmirin rahatlığı, komfort həyatıdır. Birdən uşaq puldan, əyləncədən korluq çəkər, hirslənər, cavandır, maşını götürüb şütüyər Bakının küçələrində, sonra yol kənarında 113 manata küçə süpürən bir yaşlı qadını vurub öldürər. Qoy Elmir İbadov Şahmar oğlu əziyyət çəkməsin, Mirzəyev Mahirin atası Sabir kişi zülm çəksə də olar…
Doğurdanmı, bu kinayəli, sarkazmla yazdığımız sətirləri oxuyarkən də Fərzəliyevlə İbadovun vicdanı azca da olsa sızıldamayacaq? Doğurdanmı ürəyi yaralı, oğul dağı görmüş Sabir dayının probleminə belə biganə qalacaqlar?
Söhbət ondan gedir ki, şəhid ailəsi cəmi 18 kvadrat metr yerdə yaşayır. İbadovun Nərimanovda yerləşən “moyka”larından biri heç 18 kvadrat deyil.
Hələ utanmaz şəkildə rəsmi tədbirlərdə xalqın “gözünə kül üfürmək” üçün şəhid atasını məclisin başına keçirən Nərimanov RİH rəhbərliyi ailənin problemini həll etmir.
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədr müavini olan Sabir Mirzəyev aylardır ki, Fərzəliyevlə İbadovun qəbuluna düşə bilmir.
Şahmar müəllim deyir ki, vətənə xidmət ordeni alan Abdin kişinin məsələdən xəbəri var. İntəhası, gözləmək lazımdır. Hə, gözləmək lazımdır ki, Nərimanovu qarış-qarış satıb nə vaxt qurtaracaqlar.
m.az-a “Əsgər Ailələrinə Dəstək” İB sədri Mətanət Əsgərqızı söyləyib.
Mətanət xanım ürək ağrısı ilə bildirib ki, igidin valideynlərinə verilən qiymət çox üzücüdür: “Mahir Mirzəyev sağ olsaydı, işləyərdi, yaşlı valideynlərini dolandırardı.
Atası da qapı arxasında qalmazdı. İndi şəhid atasını qapı arxasında qoyanların balaları bahalı maşınlarda, xarici ölkələrdə kefdədirlər, Mahir Mirzəyevtorpağın altındadır”.
Fərzəliyevlə İbadovun bir əmir yetər ki, şəhidin müəllimə işləyən anasını evdən uzaqda yerləşən məktəbdən yaxınlıqdakı məktəbə köçürsünlər. Onun bir əmri kifayətdir ki, Sabir dayıya çörək pulu üçün yer ayırsınlar.
İcra başçısı olan bəndənin bir tapşırığı yetər ki, şəhidin adına küçə, məktəb verilsin, xatirəsi əziz tutulsun, RİH-də onunla bağlı tədbir təşkil olunsun. Axı bu rayondan cəmi bir aprel şəhidi var, nə çətindir onun xatirəsini əbədləşdirmək?!
Di gəl yox, Fərzəliyev Həştərxanda bazar tikməyin, İbadovun oğlu avtoqəzada adam öldürməyin xatirəsini “əbədləşdirməkdə” ustadırlar.
Prezident və xanımı aprel qazilərinin müalicə xərclərini qarşılayır, dövlət tərəfindən onların xaricdə əməliyyatı təşkil edilir, protezlər qoyulur.
Amma Fərzəliyevlə İbadov dövlətin bütün həssas siyasətinə daban-dabana zidd olaraq fəaliyyət göstərməkdədirlər.Bu da təsadüfi deyil.
Nərimanov icra hakimiyyəti rəhbərliyi o əməllərin sahibidir ki, gözdən əlillər üçün tikilən evləri başqalarına satıblar, milyonlar mənimsəyiblər, iş məhkəməyə qədər uzanıb. Gözdən əlilin evinə göz dikənlərdən aprel şəhidinin ailəsinin problemlərinə hansı reaksiyanı gözləyəsən?!
Bir incə nüansı da Fərzəliyevlə İbadovun nəzərinə çatdırmaq yerinə düşər: şəhid Mahirimiz yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olub.
2007-ci ildə Azərbaycan respublikası Ciu-citsu Milli Federasiyasının üzvü olmuş və imtahanda bacarıq göstərərək 7 Sichi-Kyu-ya layiq görülüb.
2013-cü ildə ”ASAN” xidmətdə, 2014-cü ildə Amrahbank Akademiyasında, sentyabr-dekabr 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 12-28 iyun 2015-ci ildə “Avropa Oyunları”nda könüllülər kimi fəaliyyət göstərib.
Türk, ingilis, rus, ərəb dillərini bilirdi. Hər şey bir kənara, şəhidimiz 4 dil bilirmiş. Görəsən, Şahmar İbadovun avtoqəzada adam öldürüb, azadlıqda gəzən oğlu kef çəkməkdən başqa hansı dili bilir…
Facebook-da paylaş