İran XİN: “ABŞ sanksiyaları ləğv edənə qədər nüvə sazişi danışıqlarında olmayacaq”
“ABŞ İrana qarşı sanksiyaları ləğv edənə qədər nüvə sazişi iştirakçılarının danışıqlarında iştirak etmək hüququ yoxdur”.
Şəffaflıq.az TASS-a istinadən məlumat verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
“Hazırda ABŞ nüvə sazişinin iştirakçısı deyil ki, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə iclaslarda iştirak etsin”, - deyə S.Xətibzadə bildirib.
Diplomat qeyd edib ki, ABŞ Tehrana qarşı sanksiyaları aradan qaldırmayacağı halda, nüvə sazişi üzrə danışıqlarda iştirak edə bilməyəcək.
Xəbəri paylaş
Facebook-da paylaş