Əsas Səhifə > REGİON > İran XİN: “ABŞ sanksiyaları ləğv edənə qədər nüvə sazişi danışıqlarında olmayacaq”
İran XİN: “ABŞ sanksiyaları ləğv edənə qədər nüvə sazişi danışıqlarında olmayacaq”22-02-2021, 21:53 |
“ABŞ İrana qarşı sanksiyaları ləğv edənə qədər nüvə sazişi iştirakçılarının danışıqlarında iştirak etmək hüququ yoxdur”. Şəffaflıq.az TASS-a istinadən məlumat verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. “Hazırda ABŞ nüvə sazişinin iştirakçısı deyil ki, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə iclaslarda iştirak etsin”, - deyə S.Xətibzadə bildirib. Diplomat qeyd edib ki, ABŞ Tehrana qarşı sanksiyaları aradan qaldırmayacağı halda, nüvə sazişi üzrə danışıqlarda iştirak edə bilməyəcək. Geri qayıt |