Hindistanda buzlaq sürüşməsi - 67 ölü
Hindistanın Uttarakxand ştatında buzlaq sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 67 nəfər həlak olub.
Şəffaflıq.az bildirir ki, bu barədə “Latestly” informasiya portalı yerli polisin məlumatlarına istinadən xəbər verib. 140-a yaxın insan hələ də itkin düşmüş hesab olunur. İndiyədək 37 cəsəd tanınıb.
Xatırladaq ki, fevralın 7-də nəhəng buz kütlələrinin sürüşərək Rişiqanq çayına düşməsi qəfil daşqına səbəb olub.
Xəbəri paylaş
Facebook-da paylaş