Əsas Səhifə > Hadisə / Dünya > Hindistanda buzlaq sürüşməsi - 67 ölü

Hindistanda buzlaq sürüşməsi - 67 ölü


21-02-2021, 22:22

 

Hindistanın Uttarakxand ştatında buzlaq sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 67 nəfər həlak olub. 


Şəffaflıq.az bildirir ki, bu barədə “Latestly” informasiya portalı yerli polisin məlumatlarına istinadən xəbər verib. 140-a yaxın insan hələ də itkin düşmüş hesab olunur. İndiyədək 37 cəsəd tanınıb.

Xatırladaq ki, fevralın 7-də nəhəng buz kütlələrinin sürüşərək Rişiqanq çayına düşməsi qəfil daşqına səbəb olub.

Geri qayıt