UEFA Azərbaycan klublarına pul ayırdı


 

UEFA Azərbaycan klublarına növbəti dəfə ödəniş edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klubların hesabına 2019/20-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

"Neftçi” - 74 633.71 avro

“Səbail” - 74 633.71 avro

“Qəbələ” - 74 633.71 avro

“Zirə” - 74 633.71 avro

“Sumqayıt” -74 633.71 avro

“Sabah” - 74 633.71 avro

“Keşlə” - 74 633.71 avro

Qeyd edək ki, “Keşlə” FK üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}