Əsas Səhifə > İdman > UEFA Azərbaycan klublarına pul ayırdı
UEFA Azərbaycan klublarına pul ayırdı16-02-2021, 00:05 |
UEFA Azərbaycan klublarına növbəti dəfə ödəniş edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klubların hesabına 2019/20-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb: "Neftçi” - 74 633.71 avro “Səbail” - 74 633.71 avro “Qəbələ” - 74 633.71 avro “Zirə” - 74 633.71 avro “Sumqayıt” -74 633.71 avro “Sabah” - 74 633.71 avro “Keşlə” - 74 633.71 avro Qeyd edək ki, “Keşlə” FK üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək. Geri qayıt |