“Koronavirusun yeni mutasiyası İranın bütün ərazisinə yayılıb”

 

“Koronavirusun yeni mutasiyası İranın, demək olar ki, bütün ərazisinə yayılıb”.

Şəffaflıq.az İSNA-ya istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Səid Nəməki bəyan edib.

O, əhalini yeni mutasiyalara qarşı tədbirli olmağa çağırıb:

“Koronavirusla mübarizədə bizi çətin günlər gözləyir. Tehranda 71 yaşlı bir qadın, Qəzvin əyalətinin Aybək rayonunda 48 yaşlı bir kişi mutasiyalı koronavirus səbəbindən həyatını itirib.

Yaşanan hadisələr yeni ştammın bütün ölkəyə yayıldığını sübut etdi. Bu virusun hər şəhərdə, kənddə və ailədə ortaya çıxa biləcəyini düşünməyə məcburuq. Bu vəziyyət ciddi təhlükədən xəbər verir”.

Qeyd edək ki, koronavirusun yeni mutasiyası İranda ilk dəfə yanvarın 5-də aşkarlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}