İranda COVID-19-un Britaniya ştammı aşkarlanıb
İranda COVID-19-un yeni ştammı aşkar edilib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də İranın səhiyyə naziri Səid Nəməki bildirib.
“Təəssüf ki, koronavirusun Britaniyada aşkar olunan ştammına krallıqdan qayıdan həmvətənimiz də yoluxub. Bu, İranda ilk hadisədir”, - o deyib.
Qeyd edək ki, COVID-19-un Britaniya ştammı Türkiyə və Gürcüstanda da aşkarlanıb.
Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.
Xəbəri paylaş
Facebook-da paylaş