Əsas Səhifə > Gündəm / Dünya > İranda COVID-19-un Britaniya ştammı aşkarlanıb
İranda COVID-19-un Britaniya ştammı aşkarlanıb5-01-2021, 18:18 |
İranda COVID-19-un yeni ştammı aşkar edilib. Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də İranın səhiyyə naziri Səid Nəməki bildirib. “Təəssüf ki, koronavirusun Britaniyada aşkar olunan ştammına krallıqdan qayıdan həmvətənimiz də yoluxub. Bu, İranda ilk hadisədir”, - o deyib. Qeyd edək ki, COVID-19-un Britaniya ştammı Türkiyə və Gürcüstanda da aşkarlanıb. Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib. Geri qayıt |