Sosial Layihələr müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsinin növbəti mərkəzi Şamaxı şəhərində açılıb.

 

Sosial Layihələr müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsinin Şamaxı şəhərində mərkəzi açılıb. 

Açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri, “Regional İnkişaf”  İctimai Birliyi, Kapital Bank və “Üçünücü Bahar” İctimai Birliyinin heyəti, Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, bu mərkəzin əsas məqsədi yaşlı insanların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ edilməsi, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. 









 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}