Bruklin körpüsündə ABŞ bayrağı yandırıldı

 

“Antifa” və “Black Lives Matter” hərəkatının iştirakçıları Nyu-Yorkun Bruklin körpüsü üzərindən keçərək etiraz yürüşü təşkil ediblər.

Şəffaflıq.az “İzvestiya” nəşrinə istinadən məlumat verir ki, etirazçılar körpü üzərindən keçərkən ABŞ dövlət bayrağını yandırıblar.

Sözügedən görüntülər “Police frequency” “Telegram” kanalında yayımlanıb. Videonun altında çoxsaylı şərhlər yazılıb. İzləyicilər istənilən dövlətin bayrağına qarşı edilən bu tipli hərəkətlərin qəbuledilməz olduğunu, bu əməli törədənlərin tapılaraq cəzalandırılmasının vacibliyini bildiriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}