İsmayıllı Rayon Təhsil Şöbəsi təhsildə fərqlənənləri təltif edib.
İsmayıllı Rayon Təhsil Şəbəsinın (RTŞ) müdiri Rövşən Əliyev 2019 - 2020-ci tədris ilində xüsusi nailiyyətlər əldə etmiş bir qrup təhsil işçisi və şagirdlərlə görüşüb. Görüş pandemiya şərtlərinə uyğun olaraq təşkil edilib.
RTŞ-nın müdiri Rövşən müəllim müasir dünyada qabaqcıl ölkələrin qazandığı uğurların təməlində məhz təhsilin dayandığını söyləyib. O, vurğulayıb ki, tikilən yeni məktəb binaları, məktəblilərə hər cür qayğı Dövlətimizin təhsil sektoruna göstərdiyi diqqətin nümunəsidir.
Böyük uğurların ünvanı olan İsmayıllı təhsilinin ötən tədris ilindəki nailliyyətlərini vurğulayan RTŞ rəhbəri bildirib ki, aparılan məqsədyönlü işlər gələcəkdə də öz müsbət nəticələrini verəcək.
Sonra RTŞ-nın müdiri Rövşən Əliyev və ATİ İsmayıllı Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Hafiz Kərimov Təhsil işçilərinə Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərman"larını və qiymətli hədiyyələri təqdim ediblər:
Təhsil işçiləri Dövlətin onlara göstərdiyi böyük diqqət və qayğıdan, xalqımıza bəxş etdiyi böyük qələbədən qürurlu olduqlarını bildirərək, gələcəkdə də İsmayıllı rayonunda təhsilin çiçəklənməsi naminə fədakarlıq göstərəcəklərinə söz veriblər.
Sonda rayonun təhsil işçilərinin xatirə şəkilləri çəkilib.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş