Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işdən çıxarılıb, yeni təyinat olub


 

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.

Şəffaflıq.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}