Ceyhun Bayramov kadr islahatlarına başladı
Yeni təyin olunmuş Xarici İşlər naziri Ceyhun Bayramov nazirlikdə kadr islahatlarına başlayıb.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib. O qeyd edib ki, nazirin əmri ilə Şahin İsgəndərov nazirliyin İşlər İdarəsinin, Roman Məmmədov Kadrlar İdarəsinin, Elnur Məmmədov isə Ümumi katibliyin rəisi təyin olunub.
Qeyd edək ki, Ş. İsgəndərov bundan əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri vəzifəsində çalışıb. E. Məmmədov isə təhsil nazirinin müşaviri işləyib.
Xatırladaq ki, C. Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.
Şəffaflıq.az
Facebook-da paylaş