ABŞ-da Konqres üzvü peyvənd olunduqdan sonra koronavirusa yoluxub


 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiven Linç (Massaçusets ştatından demokrat) peyvənd edildikdən sonra koronavirusa yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə qanunvericinin nümayəndələrinə istinadən CNN telekanalı bildirib.

Qeyd edilir ki, cümə günü Linç test verib, onun nəticəsi müsbət olub.

Qanunverici orqanın nümayəndəsində koronavirusun simptomu yoxdur. Linç karantinə getmək və öz vəzifələrini distant rejimdə yerinə yetirmək niyyətindədir.

Bundan az əvvəl onun tabeliyində olanlardan biri də həmçinin koronavirusa yoluxub.

Konqres üzvünün nümayəndələri bildiriblər ki, ona ABŞ-ın yeni prezidenti Co Baydenin inauqurasiyasına qədər koronavirus vaksininin ikinci dozası vurulub. Linç “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış vaksini alıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzinin məlumatına görə, koronavirus peyvəndindən sonra immunitetin formalaşması üçün adətən bir neçə həftə tələb olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}