“Pfizer” peyvəndi vurduran kişi beş gün sonra vəfat edib
İsveçrənin Lütsern şəhərində Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkəti tərəfindən hazırlanmış peyvəndi vurduran yaşlı kişi beş gün sonra vəfat edib.
Şəffaflıq.az bildirir ki, bu barədə yerli “Der Zeitpunkt” nəşri məlumat yayıb.
Qeyd olunur ki, vaksinasiya Lütsern şəhərində yerləşən qocalar evlərindən birində aparılıb.
Üç gün sonra yaşlı kişi sidik kanalında və qarında ağrıdan şikayət edib.
Qısa müddət sonra təqaüdçünün təzyiqi düşüb və ürəyi sürətlə döyülməyə başlayıb.
İki gün sonra isə o, qocalar evində vəfat edib.
Daha əvvəl verilən xəbərdə isə qeyd olunurdu ki, İsveçrə federal hökuməti peyvənd tədarükü üçün ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, İsveçrə “Pfizer” və “BioNTech”dən üç milyon doza peyvənd alacaq.
Facebook-da paylaş