Ərdoğan COVID-19-a qarşı peyvənd edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Şəffaflıq.az “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.
Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib. Ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca və bir sıra şəxslər koronavirusa qarşı peyvənd edilib. Bu gündən etibarən isə bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş