Azərbaycanda COVID-19-a qarşı ediləcək peyvəndin vaxtı AÇIQLANDI
“Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.
Şəffaflıq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
TƏBİB sədri qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq.
Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş