Peyvəddən sonra ABŞ-da 55 nəfər ölüb
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Pfizer/BioNTech və Moderna şirkətlərinin istehsal etdiyi vaksinlərlə peyvənd olunandan sonra, ümumilikdə 55 nəfər ölüb.
Şəffaflıq.az bildirir ki, bu barədə tibb müəssisələrinin hesabatlarına və qohumların şərhinə istinadla «The Epoch Time» nəşri xəbər verir.
Qeyd olunur ki, pasiyentlər vaksinasiyadan bir neçə gün sonra ölüblər. Belə ki, Koloradoda qocalar evinin 66 yaşlı sakini peyvənddən sonra yuxulayıb və gün ərzində çarpayıdan qalxmayıb. Növbəti səhər onu yatağında ölü vəziyyətdə - yarıaçıq gözlə və ağzı köpüklü vəziyyətdə tapıblar.
Yanvarın 14-də Norveçdə 23 nəfərin öldüyü məlum olub - yenə həmin vaksinlə peyvənd edildikdən sonra. Peyvəndləmə kampaniyası bu ölkədə dekabrın 27-də başlanıb. Norveçdə ilk olaraq, Oslodakı qocalar evinin sakinləri peyvənd alıblar. Onların ikisinin yanvarın 5-də, daha birinin isə yanvarın 8-də öldüyü məlum olub.
Bundan əvvəl, dekabrda Avropa Dərman Vasitələri Agentliyi (EMA) Avropa ölkələrində Pfizer vaksinin tətbiqini bəyənib, bir qədər sonra isə ABŞ-ın «Moderna» şirkətinin vaksininin Avropa İttifaqında tətbiqinə icazə verilib. Pfizer/BioNTech vaksininin tədqiqi zamanı 6 iştirakçı ölüb. İki letal sonluq peyvənd alan qrupda, dördü isə «plasebo» qrupda baş verib.
Facebook-da paylaş