Türkiyədə 128 nəfərdə mutasiyalı COVID-19 virusu aşkarlanıb
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter” hesabındakı paylaşımında koronavirusun yeni mutasiyaları ilə bağlı məsələyə toxunub.
Şəffaflıq.az “Haber Global”a istinadən məlumat verir ki, nazir COVID-19-un yeni mutasiyalarının vaksinasiya prosesinə zərər vura biləcəyini qeyd edib.
“Mutasiya təhdidinə qarşı diqqətli olmalıyıq. Ölkəmizdə mutasiyalı virusun aşkar olunduğu vətəndaşların sayı 128-ə yüksəlib. 17 şəhərimizdə virusun Britaniya variantı tapılıb”, - deyə F.Qoca bildirib.
Səhiyyə naziri əlavə edib ki, koronavirusa qarşı ən böyük silah hələ də qoruyucu maska və sosial məsafə olaraq qalır.
“Xəstə sayı bizim davranışlarımızdan asılıdır. Təmkinlə hərəkət etməli və insanların sıx olduğu yerlərdən çəkinməliyik”, -deyə nazir əlavə edib.
Qeyd edək ki, son 24 saat ərzində Türkiyədə 6912 koronavirus xəstəsi aşkarlanıb, 131 nəfər xəstəlikdən vəfat edib.
Facebook-da paylaş