Moskvadakı mitinqdə gündəm olan Cumayev saxlanıldı
Yanvarın 23-də Moskvada baş vermiş mitinqdə Rusiyanın xüsusi təyinatlı çevik qüvvət zabitləri ilə əlbəyaxa döyüşən Çeçenistan vətəndaşı Səid Məhəmməd Cumayev Pskov vilayətində saxlanılıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. O, Presnenski rayon məhkəməsinə aparılıb. Yaxın vaxtlarda toplanılan materiallar əsasında Cumayevin həbsi ilə bağlı qərar verilməsi gözlənilir.
Qeyd edək ki, hadisədən sonra gizlənən Cumayevin axtarışları 5 gündür davam edirdi. O, aksiya zamanı polis zabitlərinə qarşı yumruq və təpik zərbələri ilə diqqət çəkmişdi.
Cumayev Rusiyanın İstintaq Komitəsi tərəfindən Moskvadakı icazəsiz mitinqdə qanunsuz hərəkətlər faktı ilə başladılan cinayət işləri çərçivəsində tutulan beşinci şəxsdir.
Facebook-da paylaş