İtaliyanın baş naziri istefa verdi

 

İtaliyanın baş naziri Cüzeppe Konte istefa verib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rainews24” telekanalı C.Kontenin dövlət başçısı Serco Mattarella ilə görüşdüyü prezident sarayından məlumat verib.

Prezidentin mətbuat xidməti rəsmi açıqlamanı hələ yaymayıb.

Mattarella ilə görüşməzdən əvvəl C.Konte Nazirlər Kabinetinin iclasını keçirib və kabinet üzvlərinə vəzifəsdən ayrılmaq niyyəti barədə məlumat verib.

Bu qərar keçmiş baş nazir Matteo Rentsinin başçılıq etdiyi Yaşayan İtaliya Partiyasının “5 ulduz” Hərəkatı və Demokratik Partiyanın formalaşdırdığı koalisiyadan çıxmasından sonra hakim partiyanın Parlamentin yuxarı palatasında (Senatda) mütləq əksəriyyəti itirməsi ilə bağlıdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}