Livanın baş naziri istefa verdi
Livanın baş naziri Mustafa Ədib yeni hökumət formalaşdırmaqdan imtina etdiyini və istefa verdiyini açıqlayıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.
Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda yerləşən dəniz limanında güclü partlayış baş verib. Şəhərdə böyük dağıntıya səbəb olan hadisə nəticədə 220 nəfər ölüb, 7 000-dən çox insan yaralanıb, 60 nəfər itkin düşüb.
Hadisədən 6 gün sonra - avqustun 10-da ölkənin baş naziri Həsən Diabın istefa verib. Bundan sonra parlamentdəki fraksiyalar Mustafa Ədibin baş nazir təyin olunması barədə kompromis əldə ediblər. O, rəsmi olaraq sentyabrın 1-dən baş nazir vəzifəsini icra etməyə başlayıb.
Facebook-da paylaş