Beyrutdakı partlayışda təqsirli bilinən 19 nəfər həbs edilib

 

Livanın paytaxtı Beyrutda baş verən partlayışda təqsirli bilinən 25 nəfərə cinayət işi açılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Həsən Uveydat bildirib.

Onun sözlərinə görə, onlardan 19-u həbs edilib. Tutulanlar arasında limanın direktoru Həsən Kreytem və gömrük xidmətinin baş direktoru Badri Daher, həmçinin gömrük xidmətinin keçmiş baş direktoru Şafik Mari də var.

Qeyd edək ki, avqustun 4-də baş verən partlayış nəticəsində 6 minə yaxın insan xəsarət alıb, 170 nəfər ölüb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}