Əsas Səhifə > Dünya > Beyrutdakı partlayışda təqsirli bilinən 19 nəfər həbs edilib
Beyrutdakı partlayışda təqsirli bilinən 19 nəfər həbs edilib15-08-2020, 06:40 |
Livanın paytaxtı Beyrutda baş verən partlayışda təqsirli bilinən 25 nəfərə cinayət işi açılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Həsən Uveydat bildirib. Onun sözlərinə görə, onlardan 19-u həbs edilib. Tutulanlar arasında limanın direktoru Həsən Kreytem və gömrük xidmətinin baş direktoru Badri Daher, həmçinin gömrük xidmətinin keçmiş baş direktoru Şafik Mari də var. Qeyd edək ki, avqustun 4-də baş verən partlayış nəticəsində 6 minə yaxın insan xəsarət alıb, 170 nəfər ölüb. Geri qayıt |