Əsas Səhifə > Dünya > Livanın baş naziri istefa verdi
Livanın baş naziri istefa verdi26-09-2020, 14:19 |
Livanın baş naziri Mustafa Ədib yeni hökumət formalaşdırmaqdan imtina etdiyini və istefa verdiyini açıqlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb. Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda yerləşən dəniz limanında güclü partlayış baş verib. Şəhərdə böyük dağıntıya səbəb olan hadisə nəticədə 220 nəfər ölüb, 7 000-dən çox insan yaralanıb, 60 nəfər itkin düşüb. Hadisədən 6 gün sonra - avqustun 10-da ölkənin baş naziri Həsən Diabın istefa verib. Bundan sonra parlamentdəki fraksiyalar Mustafa Ədibin baş nazir təyin olunması barədə kompromis əldə ediblər. O, rəsmi olaraq sentyabrın 1-dən baş nazir vəzifəsini icra etməyə başlayıb. Geri qayıt |