Pandemiya dövründə məhkumların vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

 

“Pandemiya dövründə cəzaçəkmə müəssisələrində məhkumların vəziyyəti ilə bağlı ciddi tədbirlər görülüb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, qanunun icrası qüvvəyə mindiyi gündən bu yana 1 884 məhkumla bağlı sənədlər baxılması üçün məhkəməyə təqdim edilib:

“Müraciətlərin 91 faizinə baxılıb. Onlardan 334 məhkum cəzadan azad edilib, 591 məhkumun cəza müddəti isə azalıb. Azadlığa buraxılan məhkumlar arasında 8 ayrı ölkənin vətəndaşı olub.

Bundan başqa 272 məhkum şərti azadlığa buraxılıb. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə 472 nəfər keçirilib. Həkim ekspert komissiyasının rəyinə görə isə 10 məhkum azadlığa buraxılıb.

Pandemiya dövrünü nəzərə alaraq, ötən ilin sonuna qədər penitensiar xidmətin nəzdində olan məntəqələrdə 906 şəxsin həbs qətimkan tədbiri dəyişdirilib və onlar azadlığa buraxılıb”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}