İtaliyada koronavirusdan ölüm sayı 85 mini ötüb
İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 331 nəfər yoluxub.
Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 488 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 85 162 nəfərə çatıb.
Ölkədə hazırda 498 834 aktiv koronavirus xəstəsi var, onlardan 2386-sı ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 455 185 nəfərdən 1 871 189 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş