Musiqi sədaları altında işləməyin fəsadları açıqlandı
Uzaqdan iş rejimində musiqi sədaları altında işləmək konsentrasiyanın və məhsuldarlığın azalmasına, həmçinin apatiya və depressiyaya səbəb ola bilər.
Şəffaflıq.az “Moskva” agentliyinə istinadən məlumat verir ki, bu barədə Moskva Dövlət Psixologiya və Pedoqogika Universitetinin professoru Marina Rosenova xəbərdarlıq edib.
O, qeyd edib ki, bu xüsusən yüksək konsentrasiya, intellektual səy, qeyri-standart həllər və yaradıcılıq tələb edən fəaliyyətlərə aiddir.
“İş zamanı musiqi həddindən artıq yüklənmə, əsəbilik, məyusluq və mənfi hallara da yol aça bilər”, - deyə o, əlavə edib.
Onun sözlərinə görə, musiqidən hazırlıq və işə başlama mərhələsində istifadə etmək yaxşıdır.
Professor vurğulayıb ki, bəzən təbiət səslərini və ya sözsüz instrumental melodiyaları dinləmək olar.
“Ancaq monoton işin keyfiyyəti musiqi köməyi ilə yaxşılaşdırıla bilər. Eyni tipli hərəkətləri musiqi müşayiəti ilə yerinə yetirmək daha asandır”, - deyə Marina Rosenova sözlərini yekunlaşdırıb.
Facebook-da paylaş